!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvan-Tbilisi reysi bu səbəbdən TƏXİRƏ SALINDI

!Reklam – Yazi

İrəvan-Tbilisi reysi təxirə salınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Cənubi Qafqaz Dəmir Yolunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Ermənistanın Armavir vilayətində yük qatarının relsdən çıxması səbəbindən İrəvan-Tbilisi reysi təxirə salınıb.

yük qatarı Armavir vilayətində Karakert-Dalarik hissəsində relsdən çıxıb.

36 vaqondan ibarət qatara sement istehsalı üçün xammal qismən yüklənib. Boş vaqonlar da olub. Ölən və yaralanan yoxdur.

Qatarla yanaşı, dəmir yolu xətti də zədələnib. Hazırda şirkət təcili bərpa işləri aparır. İki gün ərzində çökmənin nəticələrinin aradan qaldırılması planlaşdırılır.

Bu müddət ərzində həmin hissədə nəqliyyatın hərəkəti dayandırılıb və buna görə də İrəvan-Gümrü-İrəvan şəhərətrafı qatarların, eləcə də İrəvan-Tbilisi-İrəvan beynəlxalq reysi ləğv edilib.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv