!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvana AMERİKAN “ŞİLLƏ”Sİ: “ABŞ səfirinin sözləri Ermənistanda qəzəblə qarşılansa da...” - ŞƏRH

!Reklam – Yazi

“Qarabağ erməniləri ya Azərbaycana inteqrasiya etməlidir, ya da torpaqlarımızdan çıxıb getməlidirlər”.

Bu fikirləri ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvinin Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamalarının mümkünlüyü haqda fikirlərini şərh edən politoloq Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ-nin Ermənistandakı səfirinin bu fikirləri mövcud reallığı əks etdirir:

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü haqda detallı məlumatlar verilməsə də, ABŞ-nin iki ölkə arasında aparılan normallaşma prosesinə münasibəti demək olar ki, aydın formada ifadə edilib. Vaşinqton Azərbaycanla Ermənistanın nəhayət anlaşaraq sülh müqaviləsini tezliklə imzalamasını çox zəruri sayır.

Bildiyiniz kimi, sülh müqaviləsinin imzalanmasını ləngidən əsas səbəblərdən biri İrəvanın Qarabağdakı ermənilərin təhlükəsizliyi və başqa məsələlərlə bağlı tutduğu mövqedir. Eyni zamanda, ABŞ da Qarabağ erməniləri üçün müəyyən təminatların verilməsinə yönəlik mövqe bildirib. Bununla yanaşı, Vaşinqton Qarabağ ermənilərinin hüquqlarını inkar etməməklə, onların Azərbaycanın tərkibində yaşaya biləcəklərinin mümkünlüyünü də bildirir.

Eyni zamanda, ABŞ Bakı ilə Xankəndi arasında birbaşa təmasların qurulması təklifini də dəstəkləyir. Bu isə əslində, Azərbaycan dövlətinin əleyhinə olmadığı bir məsələdir. Lakin ABŞ-nin Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya olunmalarının mümkünlüyünə dair mövqeyi Ermənistanda hiddətlə qarşılanır və Rusiya tərəfindən də müsbət qarşılanmır. Rusiyanın bu qarşıdurmanın həllinin mümkün qədər uzanmasında maraqlı olduğunu nəzərə alsaq, Moskvanın bu yanaşması təəccüblü deyil. Bütün hallarda ABŞ-nin Ermənistandakı səfirinin bu sözləri reallığa uyğundur. Hazırda Qarabağ ermənilərinin iki yolu qalır. Onlar ya Azərbaycana inteqrasiya etməlidirlər, ya da torpaqlarımızdan çıxıb getməlidirlər. Burada üçüncü variant yoxdur”.

A.Zeynalov

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv