!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İrəvana gedən futbolçumuza xüsusi mühafizəçilər ayrıldı

!Reklam – Yazi

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli hazırda İrəvandadır.

Yenicag.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Albaniyanın “Eqnatia” klubunun heyətində “Ararat”la UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün Ermənistana yollanıb.

Təcrübəli oyunçu üçün xüsusi təhlükəsizlik əməkdaşları ayrılıb. Bu barədə futbolçunun özü məlumat verib:

“4-5 nəfərdilər, hara gedirəmsə, mənimlə gəlirlər”.

İsgəndərli təhlükəsizliyin kim tərəfindən təmin olunduğunu bilmədiyini söyləyib.

Qeyd edək ki, iyulun 13-də keçiriləcək “Ararat” – “Eqnatiya” matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq./Bizim.media

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv