!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanda etiraz aksiyası gərginləşir: Paşinyan polisin mühafizəsi ilə hökumət binasını tərk etdi - FOTO/VİDEO

!Reklam – Yazi

İrəvanda hökumətin iclasının keçirildiyi Ermənistan Nazirlər Kabinetinin binası yaxınlığında etiraz aksiyası başlayıb.

Yenicag.az xəbər verir ki, aksiyaya yığışanların sayı getdikcə artır, tələbələr və hətta məktəblərin şagirdləri belə qatılırlar.

Etirazçılar Qarabağda baş verən hadisələrə görə Paşinyanın istefasını tələb edirlər. Binanın girişində bir neçə cərgə xüsusi təyinatlılar düzülüblər. İnsanlar aksiyanın keçirildiyi əraziyə axışmaqda davam edirlər.
Respublika meydanı yaxınlığında vəziyyət gərginləşir. Etirazçılar polis kordonunu yarmağa çalışırlar.

Ermənistan baş naziri Nikol Paşinyan polis kordonunun mühafizəsi altında hökumət binasını tərk edib. Etirazçılar onun ardınca “Nikol satqındır!” şüarlarını qışqırıblar.

 

 

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv