!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanda Njdeni görməzdən gələn Rusiya Ukraynada faşizm izinə düşüb - ŞƏRH

!Reklam – Yazi

“Faşist köpəyi, cəllad Qaragin Njdeyə İrəvanın mərkəzində ucaldılan abidəni hərbi-siyasi müttəfiqləri “Ermənistanın daxili işi” hesab edənlər, başqa bir dövlətin ərazisində tanklarla, raketlərlə “faşizmin izinə düşüblər””.

Yenicag.az xəbər verir ki, bu fikirləri Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda bir daha üzə çıxan ikili standartları dəyərləndirən politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli Kremlin bircə dəfə də olsun, rəsmi səviyyədə ermənilərin faşist cəlladları sevgisinə rəsmi münasibət bildirmədiyini qeyd edib:

“Rusiyanın xarici işlər naziri, Tiflis ermənisi Viktor Kalantaryanın oğlu Sergey Lavrovun Ukrayna Prezidenti Vladimir Zelenskinin yəhudi əsilli olduğunu vurğulayaraq onu Adolf Hitlerlə müqayisə etməsi və yəhudiləri antisemitizmdə suçlamasıyla, demək olar ki, eyni vaxtda Ermənistanda, faşist Qaragin Njdenin şəkli olan bannerlərin önündə sifarişli aksiyaların təşkil edilməsi, düşünürəm ki, təsadüfi deyil. Antisemitizm, yəhudi və türk düşmənçiliyi ermənilərin qanında, fitrətindədir və bu qanın, düşüncənin daşıyıcısı olan Lavrovdan da fərqli bir yanaşma gözləməyə dəyməzdi, hansı məqamdasa özünü büruzə verməliydi, verdi də.

Maraqlıdır, dünyanın müxtəlif ölkələrində, o cümlədən Ukraynada “faşist” ovuna çıxan Rusiya başbilənləri bircə dəfə də olsun, rəsmi səviyyədə ermənilərin faşist cəlladları – Qaragin Njde, Mandalyan, Darbinyan sevgisinə rəsmi münasibət bildirməyiblər. Faşizmin təbliği və müdafiəsi ilə bağlı ümumi fikirlər səsləndiriblər, amma ünvan göstərməyiblər və indi də bəlli olur ki, sən demə, “dava Ukrayna davasıymış”. Cəllad Qaragin Njdeyə İrəvanın mərkəzində ucaldılan abidəni hərbi-siyasi müttəfiqləri “Ermənistanın daxili işi” hesab edənlər, başqa bir dövlətin ərazisində tanklarla, raketlərlə “faşizmin izinə düşüblər”. İndi bütün təbliğatlarını faşizmə qarşı mübarizənin üzərində quranların, hələ də 1941-45-ci illərin havasında yaşayanların mistik faşizmlə əbədi mübarizəsi fonunda reinkarnasiya prosesinin baş verdiyinin şahidi oluruq. Faşizm “bədən dəyişir”… Lavrova və onun Ermənistandakı qandaşlarına gəldikdə isə, onların reinkarnasiyaya ehtiyacı yoxdur. Faşizm və antisemitizmin “ruhu” zatən onların” bədənindədir”.

www.yenicag.az

1103
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv