!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanda tarix yazan türkiyəli idmançılar Bakıya gəlir - Möhtəşəm qarşılanma - VİDEO

!Reklam – Yazi

Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda uğur qazanan Türkiyə idmançıları bu gün Bakıya gəlir.

Yenicag.az xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyası qardaş ölkənin idmançıların qarşılanması ilə bağlı maraqlı addım atıb. Belə ki, Heydər Əliyev adına Hava Limanında idmançıların fotoları asılıb, monitorlarda isə onların İrəvandakı yarışda ağırlıq qaldırmasını əks etdirən kadrlar nümayiş etdirilir.

Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən, İdarə Heyətinin üzvü Anar Hüseynov bildirib ki, türkiyəli atletlərin Azərbaycana səfəri aprelin 30-na kimi davam edəcək.
Qonaqların siyahısını təqdim edirik:

1. Talat Ünlü – Türkiyə Ağır Atletika Federasiyasının prezidenti;
2. Yasin Arslan – Türkiyə Ağır Atletika Federasiyasının vitse-prezidenti;
3. Cansu Bektaş – Avropa çempionatında 45 kq çəki dərəcəsində 3 qızıl medal (Qələbəsini Azərbaycana həsr edib və qazandığı medallardan birini Azərbaycana göndərəcəyini bildirib);
4. Gamze Altun – Avropa çempionatında 45 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətində 1 gümüş medal (Qələbəsini Azərbaycana həsr edib);
5. Nuray Güngör – Avropa çempionatında 64 kq çəki dərəcəsində birdən qaldırmada və toplamda 2 qızıl medal və təkanla qaldırmada 1 bürünc medal
6. Yusuf Fehmi Genç – Avropa çempionatında kişilər arasında Türkiyə yığmasının yeganə qızıl medalçısı (73 kq çəki dərəcəsi, təkanla qaldırma hərəkətində).

Qeyd edək ki, 2023-cü il aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılıb. Buna etiraz olaraq, Azərbaycan komandası yarışı tərk edib. Bundan sonra yarışda çempionluq qazanan Türkiyə idmançıları uğurlarını Azərbaycana həsr etdiklərini bəyan ediblər.

www.yenicag.az

368
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv