!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanda vandalizm: Rusiyada cinayət işi açıldı - FOTO/VİDEO

!Reklam – Yazi

 

Rusiya İstintaq Komitəsi İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması ilə bağlı iş açır.

Yenicag. az xəbər verir ki, bu barədə TASS-a idarənin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, Rusiya Federasiyasının İstintaq Komitəsi İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması ilə bağlı cinayət işi açacaq.

Ötən gün mediada bir nəfərin çələngləri yıxaraq Rusiya bayrağının rənglərində olan lentləri tapdaladığı görüntüləri yayılıb.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin abidənin təhqir olunması ilə bağlı cinayət işinin açılmasına göstəriş verib.

“Rusiya İstintaq Komitəsinin sədri A.Bastrıkin idarənin mərkəzi aparatına bu faktla bağlı cinayət işinin başlanmasını və Rusiya Federasiyası Xarici İşlər Nazirliyi ilə birlikdə baş verənlərin bütün hallarının müəyyən edilməsini tapşırıb”, – İstintaq Komitəsi qeyd edib.

Xuraman Etibarlı

 

www.yenicag.az

130
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv