!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanda vəziyyət GƏRGİNDİR: Qarabağ erməniləri ETİRAZA QALXDI - FOTO/VİDEO

!Reklam – Yazi

Qarabağ erməniləri oktyabrın 19-da Samvel Şahramanyanın imzaladığı “fərman”ına etiraz edirlər.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Şahramanyanın “fərman”ına əsasən ləğv edilmiş separatçı rejimin “dövlət qulluqçuları” oktyabrın 1-də tutduqları vəzifələrdən azad ediliblər və hələ də maaşlarını ala bilmirlər.

Onlar İrəvandakı fəaliyyətini dayandırmış “nümayəndəliyin” qarşısında toplaşıblar. Polis onları binaya buraxmasa da, qapını açmağa müvəffəq olublar və hamı içəri keçib.

Samvel Şahramanyan etirazçıların qarşısına çıxıb, lakin hələ də onları sakitləşdirə bilməyib.

Xuraman Etibarlı

 

www.yenicag.az

233
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv