!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvandan daha bir ABSURD İDDİA: “Azərbaycan özünün dövlət maraqlarının təmin olunması üçün...”

!Reklam – Yazi

“Azərbaycan antiterror əməliyyatları ilə beynəlxalq hüququn prinsipləri çərçivəsində Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə məcbur etdi”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın 10 noyabr üçtərəfli bəyanatının şərtlərini yerinə yetirmədiyinə dair absurd iddiasına münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan kapitulyasiya aktına imza ataraq üçtərəfli bəyanat əsasında öz üzərinə konkret öhdəliklər götürüb:

“Yəni Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyi bu günə qədər yerinə yetirməyib. Ermənistan Üçtərəfli bəyanata tamamilə zidd davranaraq, ötən ilə qədər Azərbaycanın Qarabağ bölgəsində 20 minə yaxın hərbçi saxlayırdı.

Azərbaycan antiterror əməliyyatları ilə beynəlxalq hüququn prinsipləri çərçivəsində Ermənistanı öhdəliklərin yerinə yetirilməsinə məcbur etdi. Bundan sonra da Azərbaycan özünün dövlət maraqlarının təmin olunması üçün bütün mümkün vasitələrdən istifadə edəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1925
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv