!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvandan Moskvaya daha bir DEMARŞ: “Ermənistan ərazi təhlükəsizliyini qorumaq üçün...” – ŞƏRH

!Reklam – Yazi

“Belə hesab edirlər ki, bu variant Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərin icrasından yayınması üçün yeganə şansdır”.

Bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyanın ölkənin ərazi təhlükəsizliyinin təminatında “mövcud vasitələrin yetərli olmadığı”na dair fikirlərini şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Simonyanın bu fikirləri İrəvanın Moskavaya növbəti demarşı kimi qiymətləndirilməlidir:

“Ermənistanda antiRusiya ovqatının güclənməsi, İrəvanda KTMT-dən çıxmaq məsələsinin intensiv müzakirəsi və hətta Rusiya hərbi bazalarının ölkədən çıxarılmasına yönəlik çağırışlar hazırda bu müttəfiq dövlətlərin münasibətlərini ayarlayan ciddi elementlər kimi görülməkdədir.

Paşinyan hökumətinin, ayrı-ayrı rəsmilərin Rusiyanı birbaşa və ya dolayısı ilə hədəfə almalarının səbəbi aydındır. Ermənistan münaqişəni alovlandırmağı və hər hansı formada olursa-olsun, Rusiyanı açıq tərəf qismində bu qarşıdurmaya cəlb etməyi düşünür. İrəvanda belə hesab edirlər ki, bu variant Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərin icrasından yayınması üçün yeganə şansdır.

Rusiyanın buna getməməsi isə İrəvanı açıq-aşkar şantaja əl atmağa, KTMT-dən çıxmaq, Rusiya hərbi bazalarının fəaliyyətini dayandırmaq kimi təklifləri ortaya gətirməyə sövq edir. Alen Simonyanın həmin fikirləri də bu kontekstdə başa düşülməlidir.

Yəni Simonyan bununla Ermənistanın Rusiyanın “fəaliyyətsizliyindən” narazılığını ifadə edir. Çünki onun vurğuladığı “mövcud vasitələr” Rusiyaya məxsusdur. Ancaq xatırladım ki, Moskva İrəvandan verilən bu məzmunlu bəyanatlara bir neçə dəfə sərt və ironik münasibət bildirib. Hər halda, bu dəfə də Rusiyanın reaksiyası fərqli olmayacaq”.

A.Zeynalov

www.yenicag.az

1890
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv