!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvandan Moskvaya daha bir “ƏLCƏK ATIŞI”: “Aqressiv addımlar olacaqsa, Rusiyanın buna cavabı...”

!Reklam – Yazi

“Ermənistan rus hərbçilərinin ölkədən çıxarılmasında, əvəzində isə beynəlxalq missiyanın bölgədə iştirakının genişləndirilməsində maraqlıdır”.

Bu fikirləri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ölkədə fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) müşahidə missiyasını dəstəkləyən bəyanatına Rusiya rəsmilərinin əks reaksiyasından danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın Qərbyönümlü siyasətinə uyğun hər addımı Rusiyada qəzəblə qarşılanır:

“Kremldə Ermənistanın baş naziri Nikol Paşinyan və komandasının Qərbə inteqrasiyanı ideoloji konsepsiyaya çevirdiyi düşüncəsi var. Bu səbəbdən, daha mülayim atmosfer yaradaraq balansı qorumağa çalışırlar. Paşinyan elə özü də həm reallıqları dərk edərək, həm də Qərbin təzyiqləri fonunda mövqeyini müəyyən qədər yumşaldıb.

Qriqoryan bu bəyanatı ilə Ermənistanın seçimini bir daha nümayiş etdirmiş oldu. Yəni Ermənistan rus hərbçilərinin ölkədən çıxarılmasında, əvəzində isə beynəlxalq missiyanın bölgədə iştirakının genişləndirilməsində maraqlıdır. Həmin missiyanın da məqsədi məhz Rusiyanın təsir gücünü zəiflətməkdir.

Bu proses fonunda isə kontingentin fəaliyyətə başladığı zamandan bəri tərkibinin genişlənməsi heç də təsadüfi deyil. Missiyanın tərkibinin keçmiş hərbçilər və kəşfiyyatçılardan ibarət olduğunu da xüsusi vurğulamaq lazımdır. Rusiya Ermənistanın bu addımlarını yaxından izləyir və analiz edir. Kremlin İrəvana qarşı reaksiyasına gəldikdə isə burada bir çox rıçaqlar var.

Məsələn, Rusiyada yaşayan erməniləri deportasiya etmək, Ermənistana qarşı sanksiyaların tətbiqi, oradan kənd təsərrüfatı mallarının ixracını dayandırmaq və sair. Paralel olaraq isə Paşinyana müxalif qüvvələrin dəstəklənməsi də diqqətdə saxlanılır. Həmçinin Kreml alternativ siyasi şəxslərin yetişdirilməsinə də çalışır. Nəticə etibarilə, gələcəkdə baş verəcək proseslər yalnız Ermənistanın addımlarından asılır. Aqressiv addımlar olacaqsa, Rusiyanın da cavabı adekvat olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv