!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvandan Moskvaya ŞANTAJ BLEFİ: “Ermənistanda Rusiyanın iradəsinə qarşı çıxılması...” - ŞƏRH

!Reklam – Yazi

“Paşinyan hələ ki Qərblə Rusiya arasında manevr etməklə mövqelərinin sabitliyini qorumağa çalışır”.

Bu fikirləri Ermənistanda son günlər Rusiyanın Qərblə şantaj edilməsinə yönəlik səsləndirilən bəyanatları dəyərləndirən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, indiki şəraitdə Ermənistanın bir sıra rəsmilərinin Rusiyaya ünvanlanan “xəbərdarlıq”ları blefdən başqa bir şey deyil:

“Ermənistan rəsmilərinin “Rusiya bizə yetərli dəstəyi verməzsə, tələb olunan dəstəyi Qərbdən almalıyıq” məzmunlu bəyanatları imitativ xarakter daşıyır. Çünki həmin bəyanatı səsləndirənlər də bilirlər ki, Ermənistanın indiki vəziyyətdə Rusiyaya arxa çevirməsi, onun iradəsinə qarşı çıxması imkan xaricindədir.

Bununla belə, Ermənistanda antiRusiya qüvvələrinin yenidən fəallaşdıqları müşahidə olunmaqdadır. Onlar ölkənin bütün problemlərinin Rusiyadan qaynaqlandığını bildirərək Ermənistanın öz üzünü Qərbə yönləndirməsini tələb edirlər. Bu qüvvələr aprelin 9-na İrəvanda böyük mitinq çağırıblar.

Hökumətin mövqeyinə gəldikdə, Paşinyan Rusiyadan nə dərəcədə asılı olduqlarını anlayır. Eyni zamanda, o, Qərblə münasibətləri də müəyyən səviyyədə saxlamağın vacibliyini başa düşür. Yəni Paşinyan hələ ki Qərblə Rusiya arasında manevr etməklə mövqelərinin sabitliyini qorumağa çalışır.

Ümumiyyətlə, Ermənistanda indi yenidən vüsət alan siyasi proseslərin ən azı ilin sonuna kimi hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyi gözlənilmir. Ermənistanda dərk edirlər ki, Azərbaycanla sülh sazişi imzalamadan sabitliyə nail ola bilməyəcəklər. Bunun üçünsə İrəvan Bakının şərtlərini qəbul etməlidir. Ona görə də erməni cəmiyyəti Paşinyanın üstünə getmir. Lakin bu vəziyyətin sonsuza qədər davam etməyəcəyi də hər kəsə aydındır”.

A.Zeynalov

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv