!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanı dalana dirəyən QEYRİ-MÜƏYYƏNLİK: “Danışıqlarda ciddi nəticənin əldə olunmayacağı...”

!Reklam – Yazi

“Vəziyyəti müsbət istiqamətdə dəyişmək üçün Ermənistan öz mövqeyində ciddi dəyişiklik etməlidir”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesinin mövcud durumunu dəyərləndirən poltioloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın qeyri-sağlam düşüncə ilə atdığı addımlar vəziyyəti dalana dirənmiş həddə çatdırır:

“Ermənistan bu prosesi sona çatdırmaq iqtidarındadırmı? Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərə qatılır, danışıqlarda iştirak edərək prosesə sadiqliyini göstərməyə çalışır, yaxud da göstərir.

Ancaq digər yandan Fransadan silah alır, Avropa İttifaqının missiyası adı altında keçmiş hərbçiləri Ermənistan-Azərbaycan şərti sərhəddinə gətirir. Bu nüansları nəzərə aldıqda isə doğru nəticə çıxarmaq olmur. Çünki Ermənistanın qeyri-sağlam düşüncə ilə atdığı bu addımlar vəziyyəti dalana dirənmiş həddə çatdırır.

Sadalanan məqamlar göz önünə gətirildiyində, istər liderlər, istərsə də XİN rəhbərləri çərçivəsində görüş keçirilsə belə, ciddi nəticənin əldə olunmayacağı qənaəti formalaşır. Vəziyyəti müsbət istiqamətdə dəyişmək üçün Ermənistan öz mövqeyində ciddi dəyişiklik etməlidir. Rəsmi İrəvan qəti iradə nümayiş etdirməyənə qədər sülh danışıqlarından hansısa nəticə gözləmək hələ ki mümkün görünmür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv