!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın anti-Azərbaycan siyasəti: "Bu, Ermənistanın özü üçün təhlükəlidir"

!Reklam – Yazi

Sabah İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. İclaslarda Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov da iştirak edəcək. Bu gün isə Qarabağda döyüşən 100-ə yaxın erməni Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə etiraz olaraq, İrəvanın Zvartnots hava limanına gedən yolu bağlayıblar. Etiraz aksiyasının iştirakçıları “Azərbaycanlı deputatlar Ermənistana gəliblər, Türkiyə ilə reyslər açılıb. Bəs, bizim Qarabağda ölən uşaqlarımız necə olsun?”, – deyə bildiriblər.

Mövzu ilə bağlı Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Yenicag.az-a açıqlama verib.

Partiya sədri vurğulayıb ki, Ermənistan hakimiyyəti öz xalqını sülhə hazırlamaqdansa, cəmiyyətdə revanşizm əhval-ruhiyyəsinin güclənməsinə göz yumur:

“Ermənilər 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələri ilə hələ də barışa bilməyiblər. Azərbaycanlı deputatların səfərinə qarşı bu cür etiraz aksiyasının keçirilməsi Ermənistan dövlətinin və cəmiyyətinin zəifliyinin, acizliyinin göstəricisidir. İrəvanda sıravi erməniləri həm xaricdən, həm də daxildən revanşizmə təhrik edən qüvvələr var. Bu, Ermənistanın özü üçün təhlükəlidir. Daxildən revanşizmi körükləyən qüvvələrə sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan rəhbərlik edir. Bu gün “Zvartnots” hava limanına gedən yolu kəsməyə cəhd göstərən etirazçıların Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələr qurmasına qarşı olduqlarını bildirmələri də heç də təsadüfi hal deyil. Onlar “Biz türklərlə dost olmayacağıq!”, “Türkiyəyə uçuşlar olmamalıdır” şüarlarını revanşizmə can atan siyasi liderlərin diktəsi ilə səsləndiriblər. Ancaq revanşizm həmin siyasi liderlərin sonunu gətirəcək.

Azərbaycanın Köçəryan və Sərkisyan barəsində axtarış elan etməsi onsuz da bu qatillərin arzularını ürəyində qoyacaq. Ermənistanın keçmiş liderlərinin revanşist xəyalları həbsxana divarları arasında tarixə gömüləcək”.

Gülşən Şərif

www.yenicag.az

715
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv