!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın baş tutmayan "Qafanda aeroport" ŞOUSU: "Şübhəsiz ki, sülh proseslərinə təsir edəcək amilləri..."

!Reklam – Yazi

“Sülh müqaviləsindən sonra məsələyə yenidən baxıla bilər. Əks təqdirdə, sülh müqaviləsi imzalanmasa, Qafan aeroportunun taleyi də elə Xocalı Hava Limanı kimi olacaq. Yəni istifadəsiz qalacaq”.

Bunu Ermənistanın növbəti provokasiyası olan Qafan Hava Limanının gələcək taleyindən danışan politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Qafan aeroportu ilə bağlı siyasi təxribat geniş məzmun daşıyan uzunmüddətli xarakterə malik layihə idi:

“Bu aeroporta Ermənistan Baş nazirini Nikol Paşinyanın təyyarəsinin eniş etməsi gələcək uçuşlar üçün də mesaj ötürürdü. Paşinyan Qafanda aeroportun istifadəyə verilməsi ilə gələcəkdə Azərbaycanın hava məkanının rahatlıqla pozula biləcəyini düşünürdü.

Müqayisə üçün Zəngilan Hava Limanını göstərmək olar. Azərbaycan bu aeroportun tikintisinə başlayarkən bütün detalları nəzərə alaraq sərhəddən kifayət qədər uzaqda inşa etməyə başladı. Qafan aeroportunun yerləşməsi nöqteyi-nəzərdən yanaşsaq, Azərbaycanla sərhədə çox yaxındır. Bu isə, şübhəsiz ki, sülh proseslərinə təsir edəcək amilləri özündə əks etdirir.

Hazırda Qafan aeroportuna olan reyslərin dayandırılmasını Azərbaycanın tələbləri ilə əlaqələndirmək mümkündür. Bakının tələbi Ermənistanla Azərbaycan arasında sülh imzalanmadan bu cür hava limanlarının istifadəyə verilməməsidir. Sülh müqaviləsindən sonra məsələyə yenidən baxıla bilər. Əks təqdirdə, sülh müqaviləsi imzalanmasa, Qafan aeroportunun taleyi də elə Xocalı Hava Limanı kimi olacaq. Yəni istifadəsiz qalacaq.

Əlavə olaraq Qafanda məskunlaşma səviyyəsinin çox aşağı olduğunu qeyd etmək lazımdır. Hakimiyyətin məhz Qafanda hava limanı istifadəyə verməsi birbaşa olaraq siyasi və məqsədli şəkildədir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

872
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv