!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın çıxara bilmədiyi SAVAŞ DƏRSLƏRİ: “Yerli əhalinin silahlanmaya təşviq edilməsi və ...”

!Reklam – Yazi

“Ermənistanın Azərbaycanla sərhəd boyu ərazilərdə yerli əhalini silahlanmağa təşviq etməsi yaxın aylarda müharibənin qaçılmaz olduğundan xəbər verir”.

Bu fikirləri Ermənistanın yeni müharibə hazırlığı ilə bağlı yayılan məlumatları dəyərləndirən hərbi ekspert Telman Qasımlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, aprel ayında Ermənistan-Azərbaycan sərhəddində hərbi toqquşmanın baş verəcəyi ilə bağlı ehtimallar çox yüksəkdir:

“Son proseslərə nəzər yetirdikdə, Ermənistanın keçmiş müdafiə naziri, qatil Seyran Ohanyanın sərhədboyu, xüsusilə, onların üçüncü ordu korpusunun dislokasiya zonasına səfər etdiyini, yerli əhali ilə görüşərək onların Azərbaycanla döyüşməyi, silahı yerə qoymamağa təşviq etdiyini görərik.

Həmin ərazilərə erməni ordusu illərlə böyük sərmayələr qoyub və belə demək olar ki, ən güclü istehkamlarını məhz sözügedən ərazilərdə qurublar. Əlavə olaraq, Ermənistan mediasının da gündəminə baxmaq lazımdır. Səhər-axşam yalnız atışmadan, müharibədən yazırlar. Həmçinin Ermənistanın Azərbaycanla sərhəd boyu ərazilərdə yerli əhalini silahlanmağa təşviq etməsi, onları döyüşə hazırlaması, təlimlərin keçirilməsi yaxın aylarda müharibənin qaçılmaz olduğundan xəbər verir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv