!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın çıxmağa çalışdığı “KTMT LABİRİNTİ”: “Ermənistanın yaxın perspektivdə bu blokdan...”

!Reklam – Yazi

“Ermənistan KTMT-ni özünün təhlükəsizliyi üçün qarant təşkilat kimi görə bilmir”.

Bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinə dair bəyanatını şərh edən politoloq Mətin Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə istər Ermənistan rəsmilərinin bu mövzuda verdikləri son bəyanatları artıq İrəvanın KTMT-dən uzaqlaşmaqda israrlı olmasından xəbər verir:

“Bu qərarı əsaslandırmaq üçün isə müxtəlif formada fikirlər səsləndirirlər. Ermənistan KTMT-ni özünün təhlükəsizliyi üçün qarant təşkilat kimi görə bilmir.

Çünki KTMT Ermənistanın maraqları istiqamətində addımlar atmır. Buna səbəb isə birbaşa olaraq Ermənistanın həmin təşkilatın Nizamnaməsini pozmasıdır.

Əgər Ermənistan-Rusiya münasibətlərində xüsusi bir hadisə baş verməzsə, yaxın perspektiv üçün İrəvanın sözügedən birlikdən çıxma ehtimalı yüksəkdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv