!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın dərk edə bilmədiyi FAYDA: “Cənubi Qafqazın hələ ki beynəlxalq gündəmdə olmaması...”

!Reklam – Yazi

“Ermənistan hələ də suverenlik prinsipini bəhanə gətirərək, Bakının optimal təklifini qəbul etmək istəmir”.

Bu fikirləri Zəngəzur dəhlizinin açılmasının Azərbaycan və Ermənistan üçün əhəmiyyətindən danışan politoloq Zaur Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, böyük dövlətlərin Cənubi Qafqaz regionunda maraqlarının toqquşması səbəbindən Zəngəzur dəhlizinin açılması ləngiyə bilər:

“Açıq-aşkar aparılan mübarizə Zəngəzur dəhlizinin yaxın perspektivdə açılması üçün əlverişli zəminin yaranmasına mane olar. Əlavə olaraq, bu layihənin həm də Ermənistanın maraqlarına uyğun olduğunu unutmamalıyıq. Bununla belə, dəhlizin açılmamasının başlıca səbəbi birbaşa baş nazir Nikol Paşinyana icazə verilməməsidir. Kim icazə vermir? Əlbəttə ki bu layihədən kənarda qalan dövlətlər.

Tarixə baxsaq, bu ərazinin əhəmiyyətini anlayanların iyirminci əsrin əvvəllərindən etibarən, daim Azərbaycana qarşı maneələr yaratdığını müşahidə edərik. Sabiq SSRİ bu əraziləri öz nəzarətinə götürənə qədər Zəngəzur məsələsi ABŞ, İran və Böyük Britaniyanın Cənubi Qafqazdakı əsas gündəm mövzularından olub.

Hazırda yenə müəyyən mənada Zəngəzur məsələsi dondurulub. Çünki Rusiya-Ukrayna müharibəsi, Çin-ABŞ münasibətlərinin kəskinləşməsi, ayrı-ayrı güclər arasındakı müxtəlif regionlar uğrunda gedən mübarizə fonunda hələ ki Cənubi Qafqaz beynəlxalq gündəmdə deyil.

Beynəlxalq amilləri nəzərə alaraq, Bakı İrəvan üçün hələlik Naxçıvanla Azərbaycanın əsas ərazisinin birləşməsi, nəqliyyat və yük daşımalarına mane yaradılmaması üçün ortaq məxrəcə gəlməyə imkan verən əlverişli təklif etdi. Lakin Ermənistan hələ də suverenlik prinsipini bəhanə gətirərək bu təklifi qəbul etmək istəmir. Ermənistan bu mövqeyi ilə normallaşma prosesinə zərbə vurduğunu, sülh prosesinin başlaması üçün bu kimi təkliflərin vacib olduğunu anlamır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1054
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv