!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın düşdüyü “dörd kənd” LABİRİNTİ: “Bu prosesin sülh şəraitində baş tutması...”

!Reklam – Yazi

“Paşinyan hakimiyyəti çətin vəziyyətdə olsa da, kəndlər mütləq qaytarılacaq”.

Bu fikiri Qazaxın işğal altındakı kəndlərindən 4-nün azad edilməsinə yönəlik prosesləri dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğal altındakı kəndləri danışıqlar yolu ilə azad ediləcək:

“Əslində, səkkiz kəndin azad olunması məsələsi masadadır. Ancaq delimitasiya komissiyasının görüşlərindən sonra Ermənistan tərəfi bildirdi ki, demarkasiya məsələsi ilə əlaqədar öncə dörd kənddən başlamaq lazımdır.

Ermənistanın baş naziri də hakim partiyanın yığıncağında dedi ki, dörd kənd mütləq şəkildə Azərbaycana qaytarılmalıdır. Əgər Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaqsa, həmin kəndlərin qaytarılmasına başlanılmalıdır.

O kəndlər heç vaxt Ermənistanın tərkibində olmayıb. Beynəlxalq ictimaiyyət də bunu belə qəbul edir. Ona görə də, o kəndlərin qaytarılması ehtimalı çox böyükdür. Bir məsələni nəzərə almaq lazımdır ki, Ermənistan hüquqi dövlət deyil. Ermənistana diasporun, kilsənin çox böyük təsiri var.

Eyni zamanda, Ermənistan Rusiyanın orbitindən çıxmağa çalışır. Paşinyan hakimiyyəti çətin vəziyyətdədir, ancaq kəndləri mütləq qaytaracaq, bunun ikinci variantı yoxdur. Özü də bu proses sülh şəraitində baş tutacaq. Ancaq Qərb ölkələri, xüsusilə, Fransa iki ölkə arasında sülhə töhfə vermək yerinə Ermənistandakı revanşist qüvvələri dəstəkləyir”.

Səxavət Məmməd

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv