!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın ikili oyunu İFŞA OLUR: “ABŞ Ermənistanın planlarını anlayır və...” - ŞƏRH

!Reklam – Yazi

“Ermənistanın iki masada oturmaq cəhdi iflasa uğrayır. ABŞ Ermənistanın qeyri-səmimi münasibətini anlayır”.

Bunu ABŞ-nin Ermənistana Azərbaycanla sülh müqaviləsinə imza atmaq üçün mayın sonuna qədər vaxt verdiyi xəbərini şərh edən Konfliktalogiya Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, ermənilərin beynəlxalq miqyasda hay-küy salması fonunda istər ABŞ, istərsə də Qərbdə suların durulmağa başladığını görürük:

“ABŞ Cənubi Qafqazda öz prinsipial mövqeyini müəyyən edib. Ermənistanın iki masada oturmaq cəhdi iflasa uğrayır. ABŞ Ermənistanın qeyri-səmimi münasibətini anlayır. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistan artıq dalana dirənmiş vəziyyətdədir.

Azərbaycan beynəlxalq ictimaiyyətə hüquqlarını təmin etdiyini sübut etdi. ABŞ və digər Qərb ölkələrinə Azərbaycanın beynəlxalq hüquqa zidd olmayan addım atmadığını, öz sərhədləri daxilində təhlükəsizliyi təmin etdiyini göstərdik. ABŞ Ermənistanın oyun oynadığını görür. Rusiya ilə əlaqələri kənara qoysaq, ABŞ-nin birmənalı strateji düşmənlərindən biri olan İranla Ermənistanın yaxın münasibətı bu ölkədə həddən artıq qıcıq doğurur. ABŞ Rusiyanın caynağından qurtarmağa çalışdığı Ermənistanı İranın caynağına ilişməyə icazə verməz.

Artıq Ermənistanın oyunlarını heç kim görməzdən gəlmək fikrində deyil. Ermənistanın sülh müqaviləsinin imzalanması üçün uzatdığı vaxt regionda yeni toqquşmalara səbəb ola bilər. Bu da hazırda ABŞ-nin maraqlarına tamamilə ziddir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv