!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın işarə vurduğu “ÜÇÜNCÜ TƏRƏFLƏR”: “Paşinyanın müharibə riski məsələsini vurğulaması...” – ŞƏRH

!Reklam – Yazi

“Parislə Moskva arxa fonda, xüsusilə də “erməni məsələsi”ndə çox həmahəng hərəkət edirlər”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın nizamlama prosesinin indiki durumunda müharibə riskinin yüksək olduğuna dair mövqeyini şərtləndirən səbəblərə toxunan siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Paşinyanın bu barədə danışması diqqəti “üçüncü ölkə”lərin İrəvana təzyiqlərinə yönəltmək niyyətindən qaynaqlanır:

“Əslində, vəziyyətə real baxsaq, Paşinyan bu fikri ilə bizə bir “top” ötürmüş oldu. O, bununla müharibə istəmədiyini diqqətə çatdırmağa çalışır. Onun bugünkü çıxışlarını izləyəndə də görmək olur ki, adamın mövqeyində qeyri-ardıcıllıq müşahidə edilsə də, Azərbaycanın şərtlərini qəbul etməyə hazır olduqlarına, sadəcə, “üçüncü tərəf”lərin bunun baş tutmasını əngəllədiklərinə eyham vurur. Paşinyanın müharibə riski məsələsini vurğulaması da bundan qaynaqlanır.

Ancaq müharibə riski Ermənistanın bunu istədiyinə görədirmi? Əlbəttə ki, yox. Bu, məhz “üçüncü tərəf”lərin istədiyi üçündür. İndiki şəraitdə isə “üçüncü tərəf” qismində nəzərdə tutulan ölkələrdən biri “sülhməramlı” adı altında bizim Qarabağ bölgəsində yerləşən Rusiyadır, digəri isə Ermənistanı belə məsələlərdə küncə sıxışdıran Fransadır.

Fransa Avropa İttifaqının üzvü olaraq, Ukrayna savaşına görə guya Rusiya ilə qarşıdurma vəziyyətində olduğunu göstərməyə çalışsa da, Parislə Moskva arxa fonda, xüsusilə də, “erməni məsələsi”ndə çox həmahəng hərəkət edirlər. Görünür, Paşinyan o işarəni verir ki, mən savaş istəmirəm, amma bizi buna sürükləyirlər”.

A.Zeynalov

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv