!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın istəyi, Kremlin qəzəbi... - Mənafeyini güdən Ermənistanın seçimi Rusiya, yoxsa Qərbdir?

!Reklam – Yazi

“Rusiya Ermənistana qarşı qəzəblidir”.

Bu sözləri Rusiya ilə Ermənistan arasındakı gərginlik, bunun fonunda rəsmi Moskvanın Ermənistanı işğalçı adlandırmasını şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Ermənistan nə rus, nə Qərb meyillidir, maraqları çərçivəsində davranan bir ölkədir:

“Ermənistanla Rusiya arasında müəyyən qədər gərginlik var. Bu heç kəsə sirr deyil. Azərbaycanda belə rəy formalaşdırıblar ki, Paşinyan Qərb, digərləri Rusiya yönümlüdür. Qətiyyən belə deyil. İqtidarlı, müxalifətli onlar üçün tək yön erməni maraqlarıdır. Onlar lazım gəlsə Rusiyadan, lazım gəlsə də Qərbdən istifadə edirlər. Maraqları çərçivəsində yeri gələndə Rusiyaya üz, yeri gələndə də arxa çevirirlər. Rusiyadan nəsə qoparmağa çalışırlar. İndiki halda Rusiyanın başı özünə qarışıb, Ermənistana yardım edə bilmir.

Qərbdə imkan olduğu üçün, Ermənistan indi də üzünü onlara tutdu. Belə olan halda həm də vaxt uzatmış oldu. Bu da Rusiyanın xoşuna gəlmədi. Lavrov da dedi ki, Ermənistan işğal etmişdi, Azərbaycan da öz torpaqlarını azad etdi. Bu Rusiyanın Ermənistana qarşı qəzəbli olduğunun göstərcisidir. Ermənistan isə istəyir ki, Rusiya onların əvəzinə nəsə işlər görsün”.

Rusiya ilə Ermənistan arasında gərginlik varsa, Azərbaycan bundan istifadə etməlidir. Bu gərginlikdən divident götürmək lazımdır.

Səxavət Məmməd

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv