!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın KTMT-yə qarşı açdığı CƏBHƏ: “Kreml bu hərəkətləri cavabsız qoymayacaq və...” - ŞƏRH

!Reklam – Yazi

“Rusiya Ermənistanın bu gedişlərinin və davranışlarının nədən qaynaqlandığını aydın başa düşür”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) cari ildə bu ölkədə keçiriləcək təlimini ləğv etməyinin arxasındakı səbəbləri dəyərləndirən münasibət bildirən Erməni Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın müəyyən təminatlar olmadan Rusiyaya qarşı belə addımlar atması təsəvvür edilmir:

“Ümumiyyətlə son dövrlərdə Ermənistanda müzakirə olunan əsas mövzular sırasında KTMT ilə münasibətlər xüsusi yer tutur. Bu barədə ən müxtəlif fikirlər səsləndirilir və onların arasında Ermənistanın bu ittifaqdan çıxmasına dair tələblər də irəli sürülür.

Bu əsasən onunla izah olunur ki, Ermənistan hökuməti artıq Qərbyönümlü siyasətini daha açıq formada həyata keçirməyə çalışır. KTMT əleyhinə bildirilən fikirlərlə yanaşı, İrəvan həm də özünün Azərbaycanla sərhədinə BMT və başqa beynəlxalq təşkilatların missiyalarının gətirilməsinə cəhd göstərir. Əlbəttə, Ermənistanın müəyyən təminatlar olmadan Rusiyaya qarşı belə addımlar atması təsəvvür edilmir.

Digər tərəfdən, Ermənistanda bu əks yanaşma tək KTM-yə yönəlik deyil. Erməni cəmiyyətində Rusiya hərbi bazalarının ölkədən çıxarılması və sərhədlərin rus hərbçilərinin mühafizəsindən alınması da müzakirə mövzularından biridir.

Sözsüz ki, Rusiya da Ermənistanın bu gedişlərinin və davranışlarının nədən qaynaqlandığını aydın başa düşür. Ona görə də Rusiya indi əsas diqqətini Ukraynaya yönəltsə də, Ermənistanın bu hərəkətlərini cavabsız qoymayacaq, İrəvanın cəzalandırılması üçün tədbirlər görəcək. Bəli, bu cəza tədbirləri Azərbaycanın xeyrinə ola bilər və o baxımdan, diplomatiyamızın bu istiqamətdə aktivləşməsi gərəkir”.

A.Zeynalov

www.yenicag.az

463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv