!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın Makron "SIĞORTASI": “Erməni mediasının bu yalandan istifadə etmə səbəbi...”

!Reklam – Yazi

“Bu, məqsədli şəkildə yayılan məlumatlardan biri idi. Əsas məqsəd isə erməni xalqını sakitləşdirməyə hesablanırdı”.

Bunu erməni mediasında Fransa prezidenti Emmanuel Makronun Ermənistana, sonra isə Azərbaycana gələcəyi ilə bağlı yalan xəbərin yayılmasının məqsədindən danışan “Cümhuriyət” qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri, politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Fransa prezidenti Emmanuel Makronun Ermənistana, oradan isə Azərbaycana gələcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmədi. Erməni mediasının yaydığı bu məlumat Fransa rəsmiləri tərəfindən təkzib edildi:

“Erməni mediası bu tip məlumatlardan tez-tez istifadə edir. Bu, məqsədli şəkildə yayılan məlumatlardan biri idi. Əsas məqsəd isə erməni xalqını sakitləşdirməyə hesablanırdı. Bu kimi məlumatların dövriyyəyə buraxılmasını Ermənistan dövlətinin informasiya siyasətinin tərkib hissəsi hesab edirəm. Ermənistanın baş naziri Nikol Paşinyanın son zamanlar həyazsızcasına verdiyi bəyanatlar, sərhəd təxribatları ilə Azərbaycanı yenidən konkret addımlar atmağa vadar edir.

Ermənilər növbəti xətalarında onlara heç bir güzəştin olmayacağını, bu dəfə 44 günə yox, 4 günə yerlə yeksan olacaqlarını anlayırlar. Ona görə də Paşinyanın ritorikasını, təxribatlarını qəbul etmirlər. Bu zaman xalqı sakitləşdirmək üçün yalan xəbərlərin dövriyyəyə buraxılmasına ehtiyac yaranır.

Paşinyan hökuməti də növbəti yalanlarından birini tirajlamaqla manipulyativ davrandı. Yəni özünü elə göstərirdi ki, tək deyilik, Fransa bizimlədir, bizi qoruyacaq və s.. Hətta buradan gəlib Azərbaycana da gedəcək və mövqeyimizi onlara çatdıracaq. Belə deyək, bu, Paşinyan hökumətinin sığorta xəbərlərindən biri idi. Lakin bu da alınmadı. Fransa rəsmiləri bu xəbəri təkzib etdilər.

Ümumiyyətlə, Makronun Azərbaycana gəlib-gəlməməsi bizim məqsəd və hədəfimizin dəyişəcəyinə heç bir halda təsir edən faktor deyil. Fransanın və Makronun Azərbaycana qarşı tutduğu mövqe, ermənilərə havadarlıq və Ermənistanı təxribata təşviq etməsi məlumdur.

Fransanın Cənubi Qafqaz siyasəti sivil düşüncəyə və sülhə adekvat deyil. Ermənistanla müttəfiqlik və Azərbaycana düşmənçilik Makron hakimiyyətinin siyasi kursunun ana xəttinə çevrilib. Bu səfər olacaqdısa belə, bunu dostluğa hesablanan addım və ya balans siyasətinə xidmət edən səfər kimi qiymətləndirmək mümkün deyildi. Erməni ritorikası ilə gələ bilərdi və layiqli cavabını alacaqdı”.

Nəsimi Ələsgərli

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv