!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın müharibə ritorikası: Ermənistan Azərbaycana hücum edə bilər? – TƏHLİL

!Reklam – Yazi

Dünyada olduğu kimi, Cənubi Qafqazda da proseslər sürətlə dəyişir, sülh ritorikası müharibəni, müharibə sülhü əvəz edə bilir. Bir neçə gün öncəyə qədər Ermənistanın Qazax rayonunun 4 kəndini verməyə hazır olduğu deyilirdi, bir gün sonra erməni tərəfinin sərhədə qoşun yığması xəbəri gündəmin əsas mövzusunda çevrildi.

Sual yaranır, Ermənistan Azərbaycana hücum edə bilər? Hücum üçün ərazi kəşfi aparılmalı, onun hüquqi əsası hazırlanmalı, qüvvələr nisbəti hesablanmalıdır. Deyilən istiqamətlərə nəzər salsaq, Ermənistan Qazax, yaxud Naxçıvana hücum etməyə hazırlaşır. Azərbaycan ordusunun gücünü, qüvvələr nisbətini müzakirə obyektinə çevirmədən bir suala cavab tapmağa çalışaq: Ermənistan hücumla nəyə nail ola bilər? Bu sualın cavabını nə xəritə üzərində bunu əsaslandırmaq olar, nə də real məntiqlə. Ermənistanın Qarabağ istiqamətində qoşun cəmləşdirməsi, hücuma hazırlaşması məntiqli ola bilər.
Hesab edək ki, Ermənistan Naxçıvan istiqamətinə qoşun yığır və qəfil hücum edir. Azərbaycanın gücünü və hərbi qüdrətini də bu müzakirənin subyekti etmədən, Şuşa bəyannaməsini də görməzdən gəlsək belə, Qars müqaviləsinə görə Türkiyə Ermənistana nələr edər, bir anlıq düşünün.

2020-ci ilin iyun hadisələrini xatırlayaq (Tovuz döyüşləri). Tərəflər arasında ancaq artileriya döyüşü baş verdi. Heç bir tərəf bir addım belə irəliləmədi, heç bunun üçün addım belə atmadı. Niyə? Çünki tərəflərin əlində bunu əsaslandıracaq heç nə yox idi.

Qazax istiqamətindəki kəndlərə gəldikdə burada iki variant var: Ya Ermənistan kəndləri götürdüyü öhdəliyə uyğun olaraq, təhvil verəcək, ya da kəndləri əlində saxlamaq üçün əlindən gələni edəcək. Ermənistan tərəfi xüsusilə Qazax istiqamətindən arxayındır. Çünki Ermənistanın ən güclü mühəndis istehkam işlərini gördüyü, müdafiə xətti çəkdiyi istiqamət məhz bu ərazilərdədir.

Birinci Qarabağ müharibəsi zamanı da Azərbaycanın qərbindən edilən hücumlar qüvvələri parçalamaq, manevr xarakteri daşıyırdı. Erməni hücumlarının əsas hədəfi Qarabağ idi. Azərbaycan üçün ən əlverişli hücum istiqaməti Kəlbəcər və Naxçıvan istiqamətləridir. Xəritə üzərində həm köhnə yolların olduğu, məsafənin ən qısa olduğu yer ora görsənir.

Bundan əlavə, qoşunlar iki istiqamətdən hərəkət edib mərkəzdə qovuşarsa, Ermənistan faktiki olaraq iki yerə bölünmüş olar. Dolayısı ilə Ermənistanın bir dövlət kimi varlığına son qoyular.

Ermənistan üçün ən əlverişli istiqamət isə Zəngəzur dəhlizinin keçəcəyi, İranla sərhədin yaxınlığıdır. Ermənistanın o istiqamətdən edəcəyi təxribatlar və aktiv döyüşlər mütləq şəkildə İranı hərəkətə keçirəcək. İranın necə davranacağını isə proqnozlaşdırmaq mümkün deyil. Ermənistanla Azərbaycan arasında sülh, yaxud müharibənin olması iki ölkədən daha çox regionda maraqlı olan ölkələrdən asılıdır.

Bəzən deyirik ki, tərəflər iradə nümayiş etdirsə, sülh alınar. Ancaq Rusiya və ABŞ-ın qarşısında nə qədər iradə nümayiş etdirmək olar, bu da ayrı bir fantaziyadır.

Ermənistanla Avropa İttifaqı və ABŞ arasında Brüsseldə görüş keçiriləcək. İlk reaksiya Rusiyadan gəldi, ardınca Azərbaycandan. Azərbaycanla Rusiyanın məsələyə rəsmi münasibəti bir-biri ilə örtüşürdü. Ardınca Ermənistanın sərhədə qoşun, texnika yığması görüntüləri yayımlandı. Nəticə…
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Piter Stano və eləcə də ABŞ Dövlət Departamentin rəsmi nümayəndəsi Metyu Miller Brüsseldə keçiriləcək görüşlə bağlı açıqlamalarında Ermənistanla “təhlükəsizlik zəmanətləri”nin müzakirə olunmayacağını və əsas diqqətin Ermənistan iqtisadiyyatının sabitliyinə, ikitərəfli əməkdaşlığa yönəldiləcəyini dilə gətiriblər. Yəni, tərəflər bir addım geri atdı. Ardınca Azərbaycan tərəfi də ritorikasını bir qədər yumuşaltdı. Qərb də bilir ki, təhlükəsizlik zəmanəti Rusiyanı qıcıqlandıracaq. Rusiya isə Ermənistanı Azərbaycanın əli ilə qapazaltı edəcək. Qərb öz gedişini etdi, Rusiya və Azərbaycan da öz gedişini.

Qərb ən azından anladı ki, təhlükəsizlik zəmanətindən danışmaq üçün Ermənistanda hələ çox işlər görməlidir. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan Ermənistanın Rusiyadan qoparılması mütləq şəkildə müharibə ilə nəticələnəcək. Dövlətin bu tip oyunları anlaşılandır. Yəni, son iki gündə artan müharibə ritorikası daxilə yox, xaricə hesablanmışdı. Ancaq Azərbaycandakı bəzi ekspert və şərhçilər tutduqlarını gec buraxmağa alışdıqları üçün hələ də bu yöndə baş sındırırlar. Bu o demək deyil müharibə ehtimalı yoxdur.

Müharibə bu regionun alın yazısıdır. Ancaq müharibənin olması üçün nə şərtlər yetşib, nə də zaman o zamandır. Müharibəni hansı tərəf başlayacaq onu bilmirəm, ancaq yeni münaqişə ocağı əgər Ermənistan müstəqil dövlət olaraq qalacaqsa, Ermənistan ərazisində olacaq.

Səxavət Məmməd

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv