!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın müharibə RİTORİKASI: Ermənistan bu itkilərlə üzləşə BİLƏR

!Reklam – Yazi

“Əgər Ermənistan mövqeyində düzəliş etməzsə, Azərbaycan daha təsirli və sərt cavab reaksiyasını göstərməyə məcbur olacaq”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan sərhədlərində erməni təxribatları ilə müşayiət olunan müharibə ritorikası fonunda baş verəcək proseslərdən danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, bu gün Ermənistan ordusu XXI əsrin fərari ordusudur.

“Vətən müharibəsi və keçirilən anti-terror əməliyyatları ilə Ermənistan ordusu tamamilə sıradan çıxarılıb, yəni müharibə potensialı demək olar ki, yoxdur. Ancaq kənar qüvvələr, xüsusilə Fransanın Cənubi Qafqaz regionuna daxil olmaq məqsədilə ötürdüyü məhdud sayda silahlar Ermənistan hərbi-siyasi rəhbərliyini cəsarətləndirə, nəticədə isə müəyyən eskalasiya və toqquşmalar müşahidə edilə bilər”, – deyə o əlavə edib.

Ə.Verdiyevin sözlərinə görə, hazırda Naxçıvan, Qazax və Tovuz istiqamətlərində atəşkəsin pozulması halları müşahidə edilir:

“Son 48 saat ərzində atəşkəsin 46 dəfə pozulması Ermənistanın nə qədər aqressiv və intensiv təxribatlara əl atdığının göstəricisidir. Bu təxribatların qarşısının alınması Azərbaycan üçün heç bir çətinlik yaratmır. Ordumuz düşmən təxribatlarına qarşı adekvat cavab verir. Əgər Ermənistan mövqeyində düzəliş etməzsə, Azərbaycan daha təsirli və sərt cavab reaksiyasını göstərməyə məcbur olacaq. Bu da Ermənistana şəxsi heyət, ərazi, texnika itkiləri vəd edir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv