!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın “pozitiv siqnalları” və praktik HƏRƏKƏTSİZLİYİ: “Azərbaycanın diktə etdiyi şərtlər və...”

!Reklam – Yazi

“Ermənistan sülh müqaviləsinin imzalanması üçün əlavə şərtlər irəli sürsə də, ümumi prosesə hər hansı formada təsir etmək imkanına malik olmayacaq”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında cari ilin sonuna qədər sülh müqaviləsinin imzalanma imkanlarını dəyərləndirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Ermənistan rəsmiləri tərəfindən son günlərdə müəyyən müsbət mesajlar verilsə də, sülh müqaviləsinin tezliklə imzalanacağı haqda qəti fikir bildirmək çətindir:

“Hər birimiz hazırda tarixi anların yaşandığı dövrün şahidləriyik. İlk dəfədir ki, iki münaqişəli ölkə – Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün perspektivlər yaranıb.

Sülh tərəfdarı olan Azərbaycan regionda hər zaman əmin-amanlığın hökm sürməsi üçün səy göstərib. Yaşanan təxribatlara baxmayaraq, Azərbaycanın qalib ölkə kimi diktə etdiyi şərtlər sülh müqaviləsinin imzalanması prosesini daha da sürətləndirir.

Hazırda sülh müqaviləsinin imzalanması yönündə böyük işlər görülür. Ermənistan hər zaman olduğu kimi indi də müqavilənin imzalanması prosesinə mane olan, yaxud vaxtı uzadan fəaliyyətini davam etdirir.

İrəvan sülh müqaviləsinin imzalanması üçün əlavə şərtlər irəli sürsə də, ümumi prosesə hər hansı formada təsir etmək imkanına malik olmayacaq. Ermənistan münasibətlərin normallaşması istiqamətində davam etdirilən proseslərə mane olan addımlardan çəkinərsə, sülh müqaviləsinin tezliklə imzalanması realdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2020
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv