!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın son çırpınışları: Zəngəzur dəhlizinin açılması üçün güc tətbiq ediləcək? - ŞƏRH

!Reklam – Yazi

“Ermənistan Rusiya ilə olan münasibətləri Aİ ilə dəyişdirmək istəsə, Rusiya tərəfindən təzyiq görəcək. Rusiya Ukraynada nə edirsə, Ermənistan da eynisilə qarşılaşa bilər. Ermənistanın da Ukrayna kimi dirənəcək gücü yoxdur”.

Bu fikirləri regiondakı gərgin vəziyyət və böyük güclərin gedişlərini dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, hazırda İranla Ermənistanın istəyi Avropa İttifaqının bölgəyə yerləşdirdiyi gücün qarşılığında təmin olunur:

“Regionda baş verənlərə geosiyasi reallıqlar fonunda baxmaq lazımdır. Avropa İttifaqının mümayəndələrinin, xüsusən də Fransa jandarmının Ermənistan ərazisində olmasında rəsmi İrəvanın istəyi nədən ibarətdir, ona baxmaq lazımdır. Ermənistan Azərbaycan və Türkiyədən ehtiyatlanır. Ermənistan düşünür ki, Azərbaycanla Türkiyə Zəngəzur dəhlizinin açılmasını güc yolu ilə həll edə bilər. Aİ-ni də bunun üzərindən inandırdığı üçün Aİ düşünür ki, nə qədər Ermənistanda missiyası olarsa, Türkiyə və Azərbaycan məsələni güc yolu ilə həll etməyə qərar verməz. Çünki Avropa institutları ilə üz-üzə qalmaq istəməz. Ermənistanın buradakı istəyi özünü sığortalamaqdır. Aİ heyətinin orada nə qədər qalmasından aslı olmayaraq, ən azı Ermənistan ondan çəkindirmə qüvvəsi kimi istifadə edir.

Ermənistanın bu cür oyunu Fransanın da işinə yarayır. Fransa bu coğrafiyada Ermənistanın istədiyi tələbləri təmin etsə, Türkiyənin, Azərbaycanın, gələcəkdə Çinin yeni yol təklifinin, eləcə də türk dövlətlərinin güclənməsinin qarşısını ala bilər. Bu da Fransanın işinə yarayır.

Zəngəzur dəhlizinin olmaması İranın işinə yarayır. Zəngəzur dəhlizi olmasa, bu yol İrandan keçəcək. İrandan keçəcəksə, İran iqtisadi dividentlər qazanacaq. Hər bir halda, indiki mərhələdə İranın, Ermənistanın istəyi Aİ-nin bölgəyə yerləşdirdiyi gücün qarşılığında təmin olunur. Burada Aİ-nın gördüyü məsələdə prioritet bu koridorun olmaması üzərinədir.

Əgər Aİ komissiya, Fransa jandarm göndərməsəydi, Ermənistan Zəngəzur dəhlizinin açılmasına məcbur olacaqdı. Ermənistanın üzərinə atılan addımlar hələ ki keçərlidir. Yəni qısa vədədə də olsa, sahədə özünü doğruldur. Dəhlizin açılmaması Ermənistanı bir qədər də cəsarətləndirir. Aİ nümayəndələri orada olduğu müddətdə Azərbaycan hərbi güc tətbiq etməz, belə olan halda, Ermənistan silahlı qüvvələrini gücləndirər. Burada Ermənistanın niyyətini doğru oxumalıyıq. Baş verənlər Ermənistanın istəklərini həyata keçirməyə şərait yaradır.

Rusiya üçüncü qüvvənin Ermənistanda olmasından çox narahatdır. Hətta Rusiya parlamentinin sədri Azərbaycandan olan həmkarı ilə görüşəndə dedi ki, Ermənistanın dövlətçiliyi sual altında olacaq. Bu, Rusiyanın mövqeyidir. Moskva demək istəyir ki, Ermənistan Rusiya ilə olan münasibətləri Aİ ilə dəyişdirmək istəsə, Rusiya tərəfindən təzyiq görəcək. Rusiya Ukraynada nə edirsə, Ermənistan da eynisilə qarşılaşa bilər. Ermənistanın da Ukrayna kimi dirənəcək gücü yoxdur. Bu güc olmadığı üçün Ermənistan Rusiya ilə ikili oynayacaq”.

Səxavət Məmməd

www.yenicag.az

802
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv