!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın ürkək “SÜLH MESAJI”: “Qərbin Cənubi Qafqaz regionuna yanaşması dəyişməsə...”

!Reklam – Yazi

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını istəməyən ölkələrin bir sıra məqsədləri var”.

Bu fikirləri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrəvanın cari ilin ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğu barədə bəyanatına münasibət bildirən politoloq Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Ermənistan düşdüyü vəziyyətdən çıxmaq üçün Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir:

“Lakin bu məsələdə İrəvanın qarşısını kəsən müəyyən maneələr var. Ermənistanı sülhdən çəkindirmək üçün təzyiq edən qüvvələrin başında xüsusi olaraq, Fransa və ABŞ dayanır.

Cənubi Qafqazda sabitliyin olmasını, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını istəməyən bu ölkələrin bir sıra məqsədləri var. Çünki sülhün bərqərar olması region ölkələrinin inkişafı deməkdir. Ancaq əsas məsələ Azərbaycanın Türkiyə ilə regionda güclənməsidir.

Bu isə həm Fransanın, həm də ABŞ-nin maraqlarına tamamilə ziddir. Nəticə etibarilə, hazırda Rusiyaya qarşı istifadə olunan Ermənistandan Azərbaycan və Türkiyəyə qarşı da yararlanmaq istəyirlər. O baxımdan, əgər Qərbin Cənubi Qafqaz regionuna yanaşması dəyişməsə, nəinki bu il, heç gələn il də sülh müqaviləsi imzalanmayacaq”.

Nəsimi Ələsgərli

 

 

www.yenicag.az

13294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv