!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın xəbərdarlıq kimi qavramalı olduğu ÇAĞIRIŞ: “Bakının xoş niyyətindən sui-istifadə etmək...”

!Reklam – Yazi

“Azərbaycan parlamentində səsləndirilən çağırışları Ermənistan xəbərdarlıq kimi qəbul etməlidir”.

Bu fikirləri Azərbaycanın Ermənistan işğalı altında olan 8 kəndinin azad edilməsi istiqamətində ata biləcəyi addımlarını şərh edən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sülh danışıqlarında razılaşdırılmalı olan əsas məsələ məhz Azərbaycanın işğal altında olan 8 kəndinin azad edilməsidir:

“Ermənistan bu istiqamətdə hər hansı qərar qəbul etməyərək prosesi ləngidir. Qeyd etmək lazımdır ki, həmin kəndlərdən dördü Azərbaycan sərhədinə bitişikdir, yəni sözügedən ərazilər qeyd-şərtsiz boşaldılmalıdır. Əgər həqiqətən, sülh və etimad mühitini gücləndirmək istəyirlərsə, atacaqları ilk addım bu olmalıdır.

Lakin hələlik bunun tam əksi müşahidə edilməkdədir. Ermənistan rəsmiləri həmin ərazilərin beynəlxalq hüquq tərəfindən Azərbaycan torpaqları kimi tanındığını dəfələrlə bəyan ediblər. Ancaq bu mövqe sözdən əmələ keçmir. Əgər o dörd kənd qeyd-şərtsiz qaytarılarsa, digər dörd kənd ətrafında danışıqlarla razılaşma əldə oluna bilər.

Addım atılmaması isə təbii olaraq, ciddi narazılıqlar yaradıb. Azərbaycan parlamentində səsləndirilən çağırışları Ermənistan xəbərdarlıq kimi qəbul etməlidir. Çünki Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, öz torpaqlarını azad edə bilər. Bununla belə, Bakı hələ ki təmkin nümayiş etdirir.

Təmkinin əsas məqsədi isə uzunmüddətli dinc birgə yaşayış üçün möhkəm bünövrə inşa etməyə çalışdığımızı ermənilərə göstərməkdir. Azərbaycanın xoş niyyətindən sui-istifadə etməyin nələrə səbəb olduğunu onlar artıq çox yaxşı bilirlər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv