!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanla Bakı arasında sülh müqaviləsinin hazırlanması üzrə iş dayanmayıb - Zaxarova

!Reklam – Yazi

İrəvanla Bakı arasında sülh müqaviləsinin hazırlanması üzrə iş indiki gərginliyə baxmayaraq, dayanmayıb.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Bu, başlıca prioritetdir. Rusiya tərəfi zəruri köməyi göstərir”, – deyə o bildirib.

M.Zaxarova xatırladıb ki, ATƏT Minsk qrupunun rusiyalı həmsədri, Rusiya XİN rəhbərinin xüsusi nümayəndəsi İqor Xovayev sentyabrın 8-9-da Bakıda, sentyabrın 13-14-də İrəvanda səfərdə olub.

Onun sözlərinə görə, əsas müzakirə mövzusu sülh müqaviləsinin layihəsi olub./Trend/

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv