!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İrrealizm" sənətsevərlərin ixtiyarında - FOTOLAR

!Reklam – Yazi

Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə tanınmış rəssam Soltan Soltanlının “İrrealizm” adlı sərgisi keçirilir.

Yenicag.az xəbər verir ki, 19-23 fevral tarixləri arasında fəaliyyət göstərəcək sərgiyə sənətsevərlərin marağı ilk gündən yüksək olub. Sərgidə rəssamın irreal üslubda çəkdiyi 50-yə yaxın rəngkarlıq əsəri nümayiş olunur. Bakı Yunus Emre İnstitutunun sərgi salonunda baş tutan açılış mərasimi rəsmlərin müəllifi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Soltan Soltanlı və institutun rəhbəri dr. Cihan Özdemirin çıxışları ilə başlayıb. Soltanlı fantaziyaya əsaslanan yaradıcılığının bədii- estetik prinsipləri barədə məlumat verib.

Sərgidə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral, diplomatik nümayəndələr, çoxsaylı azərbaycanlı incəsənət xadimləri də iştirak ediblər. Nümayiş olunan rəsm əsərlərinə baxış keçirən səfir rəssamın yaradıcılığına heyran qaldığını bildirib.

Qeyd edək ki, Soltan Soltanlı həm də qrafik-karikaturaçıdır. Onun əsərləri beynəlxalq müsabiqələrdə, sərgi və festivallarda, eləcə də kataloqlarda yer alıb.

Rəssamın əl işlərindən bir neçəsini təqdim edirik:

www.yenicag.az

1662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv