!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İş adamı “Milyonçu”da udduğu 1 milyonu işçilərinə payladı - VİDEO

!Reklam – Yazi

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yayımlanan “Kim milyonçu olmaq istəyir?” yarışmasında ilk dəfə məşhur bir adam super mükafatı qazanıb.

Yenicag.az xəbər verir ki, yarışmaya qatılan tanınmış yazar və restoranlar şəbəkəsinin sahibi Deyvid Çenq 1 milyion dollarlıq “Ağ Evdə ilk dəfə elektrikdən hansı prezident istifadə edib?” sualını jurnalist dostunun köməyi ilə düzgün cavablandıraraq, 1 milyon dolların sahibi olub.

Bununla da Çenq yarışmada böyük mükafatı qazanan ilk məşhur adam statusunu da əldə edib. Qazandığı pulu koronavirus pandemiyasından əziyyət çəkən restoran işçiləri arasında böləcəyini deyən Deyvid Çənq bu hərəkəti ilə insanların rəğbətini qazanıb.

Qeyd edək ki, ABŞ tarixində ilk dəfə 23-cü prezident Bencamin Harrison Ağ Evdə elektrik enerjisindən istifadə edib.

www.yenicag.az

4697
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv