!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İş adamının 1 ay əvvəl aldığı yaxta kül oldu - VİDEO

!Reklam – Yazi

İtaliyalı iş adamı Paolo Skudieriyə məxsus yaxta yanıb.

Yenicag.az xəbər verir ki, yaxta İspaniyanın Formentera adası yaxınlığında alova bürünüb. Onlarla turist təəccüblə bahalı yaxtanın yanmasına tamaşa edib.

2019-cu ildə sifariş edilsə də, 1 ay öncə iş adamına təslim edilən 20 milyon sterlinq dəyərindəki 45 metrlik yaxtada beş yataq otağı, hovuz və idman zalı da olub.

Məlumata görə, yanğın zamanı yaxtada 9 sərnişin və 7 ekipaj üzvü olub, onlar İspaniya Sahil Mühafizəsinə məxsus 2 gəmi vasitəsilə xəsarət almadan xilas olunub. Həmin vaxt 62 yaşlı iş adamının yaxtada olub-olmadığı isə açıqlanmayıb.

Yanğının hansı səbəbdən başladığı bilinmir. Araşdırma aparılır.

Qeyd edək ki, Paolo Skudieri 1956-cı ildə atası tərəfindən yaradılan “Gruppo Addler” şirkətinin rəhbəridir. Dəyəri 400 milyon sterlinq olan şirkət avtomobil hissələri istehsal edir./Bakupost/

www.yenicag.az

681
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv