!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İş yerlərində görülməli olan TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ: "Bəzi sahibkarlar bu qaydalara biganə yanaşırlar"

!Reklam – Yazi

“Bir neçə ildir müvafiq dövlət orqanları tərəfindən iş yerlərində əməyin təhlükəsizliyi qaydalarına riayət edilib-edilməməsi ilə əlaqədar yoxlamalar aparılmır”.

Bu fikirləri ölkəmizdə iş yerlərində işçilər və işə götürənlərin təhlükəsizlik qaydalarına əməl edib-etməməsi və əməyin təhlükəsizliyi qaydaları barədə danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkəmizdə baş verən bədbəxt hadisələrin sayı kifayət qədər çoxdur:

“İstehsalatla əlaqəli baş verən bədbəxt hadisələrin ölkəmizdəki mövcud statistikasına baxdıqda belə qənaətə gəlmək olar ki, baş verən bədbəxt hadisələrin sayı kifayət qədər çoxdur. Bu hadisələrin çox olmasını müxtəlif səbəblərlə və əsaslarla əlaqələndirmək mümkündür. Bunlardan ən başlıcası müvafiq dövlət orqanları tərəfindən iş yerlərində əməyin təhlükəsizliyi qaydaları ilə bağlı monitorinqlərin aparılmamasıdır. Bir neçə ildir müvafiq dövlət orqanları tərəfindən iş yerlərində əməyin təhlükəsizliyi qaydalarına riayət edilib-edilməməsi ilə əlaqədar yoxlamalar aparılmır. Təbii ki, bu qərar sahibkarlığa və sahibkarlara dəstək məqsədilə verilmiş olsa da, bəzi sahibkarlar bundan sui-istifadə edərək təhlükəsizlik qaydalarına biganə yanaşırlar.

Lakin unutmaq lazım deyil ki, iş yerlərində təhlükəsizliklə bağlı görülən tədbirlər daha az vəsait və maliyyə xərci tələb edir, nəinki bədbəxt hadisə baş verəndən sonra nəzərdə tutulmuş vəsaitin qat-qat artığını kompensasiya formasında ödəmək.

Belə ki iş yerlərində əməyin təhlükəsizliyi işləri ilə əlaqədar müvafiq qaydalar mövcuddur ki, bu qaydalar da işçiləri işə qəbul edilərkən onlardan sağlamlıq haqqında arayışın tələb olunması, işə qəbul olunduqdan sonra işçilərin ilkin və dövri təlimatlandırılmasının həyata keçirilməsi və əməyin mühafizəsi vəziyyətinin mütəmadi yoxlanılaraq nəzarətdə saxlanılmasıdır.

Bu addımların atılması ilə iş yerlərində bədbəxt hadisələrin sayını munimuma endirmək mümkündür. Ölkəmizdə texniki təhlükəsizlik haqqında qanun mövcuddur. Bu qanun təhlükə potensiallı obyektlərdə çalışan işçilərin vəzifələrini onlar üçün təmin olunan təhlükəsizlik şəraitini və təhlükə potensiallı obyektlərin işləmə prinsiplərini müəyyənləşdirir.

Ağır və zərərli işlərə görə işçilərə əlavə məzuniyyət hüququ tanınmalı, onlara xüsusi ağartı məhsullarından ibarət qidalar verilməli, mineral tərkibli içməli su təmin olunmalıdır. Ümumiyyətlə, ölkəmizdə fərqli və təhlükəlilik kriteriyasına görə aşağı, yaxud yuxarı olan istehsalat növləri üzrə mütləq təhlükəsizlik tədbirləri ilə bağlı öncədən kompleks tədbirlər görülməli, işçilərin sağlamlığı və təhlükəsizliyi prioritet bir məsələ olaraq ön planda tutulmalıdır.

İsmayıl Bakuvi

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv