!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsa Həbibbəyli Türkiyə Elmlər Akademiyasında çıxış etdi

!Reklam – Yazi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türkiyə Elmlər Akademiyasının (TÜBA) Baş Assambleyasında iştirak və çıxış edib.

AMEA-dan Yenicag.az-a bildirilib ki, Türkiyə Elmlər Akademiyası Baş Assambleyasının Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş açılış iclasını TÜBA-nın başqanı professor Müzəffər Şəkər açıb. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yubiley iclasında “Azərbaycan və Türkiyənin inkişafında “Bir millət – iki dövlət” modeli” mövzusunda məruzə ilə çıxış edib.

Bundan başqa, TÜBA-nın yubileyi mərasimində Qazaxıstan, Rumıniya, Bosniya və Herseqovina Elmlər akademiyalarının rəhbərləri də çıxış ediblər.

Baş Assambleyanın iclasında Türkiyə Elmlər Akademiyasının həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib.

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv