!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsa Həbibbəyliyə yeni vəzifə verildi

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının yeni tərkibini təsdiq edib.

Yenicag.az xəbər verir ki, 10 nəfərlik Himayəçilik Şurasının əvvəlki tərkibindən 3 nəfər çıxarılıb. Bunlar Akif Əlizadə, Etibar Nəcəfov və Tahir Salahovdur.

Məşhur rəssam Tahir Salahov ötən il dünyasını dəyişib. Akif Əlizadə isə AMEA sədrliyindən uzaqlaşsa da, bu qurumun tərkibində qalırdı.

Etibar Nəcəfov Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiridir.

Beləliklə, Akif Əlizadənin yerinə AMEA prezidenti İsa Həbibbəyli təsdiqlənib.

HŞ-ya təyin edilən 3-cü şəxs isə Nailə Məmmədəli qızı Vəlixanovadır. 1940-cı il təvəllüdlü akademik N.Vəlixanova Azərbaycan Milli Tarix Muzeyinin baş direktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimidir.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasında Prezidentin qızı Leyla Əliyeva da təmsil olunur.

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv