!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsa Qəmbərin başqanlığa qayıdışı: "Qurultaya hələ çox var" - Arif Hacılı

!Reklam – Yazi

“Müsavat Partiyasının qurultayına hələ çox var”.

Bu sözləri yaxın zamanda Müsavat Partiyasının qurultayının keçiriləcəyi və yenidən İsa Qəmbərin partiya başqanı gələcəyi iddialarına cavab verən Müsavat Partiyası başqanı Arif Hacılı Yenicag.az-a açıqlamasında deyib.

Arif Hacılı bildirib ki, qurultay vaxtı deyil:

“Qurultayın vaxtı çatanda əlbəttə ki, olacaq. Bu, sadəcə, bəzi adamların müzakirələri Müsavat Partiyasının içərisinə yönəltmək istəyidir. Bu yersiz, əsassız və zamanına uyğun olmayan məsələlərdir. Müsavat Partiyasının qurultayına hələ çox var. Bu mövzuların indidən müzakirə olunmasına heç bir əsas yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv