!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşbazların istifadə etdiyi VARİANTLAR - İnsanları öldürən zəlzələdir, yoxsa..?

!Reklam – Yazi

Türkiyədə baş verən zəlzələdən sonra insanlarda hündürmərtəbəli yenitikili binalarda yaşamaq artıq bir qorxuya çevrilib. Hətta buna görə ev elanlarında yaşadığı mənzili satışa çıxaranlara da rast gəlinir.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında bildirib ki, ölkəmizdə tikilən binalar normativlərə uyğundur və buna görə də hündürmərtəbəli binalarda yaşayanların qorxmasına ehtiyac yoxdur:

“Türkiyədə baş verən zəlzələdən sonra insanlarımızda məyyən mənada təşviş yaransa da, xüsusilə Bakıda hündürmərtəbəli binalarda yaşayan vətəndaşlarımızın qorxmasına əsas yoxdur. Çünki ölkəmizdə inşa olunan köhnə və yeni tikililərin dayanıqlığı 7-9 bal gücündə zəlzələ üçün hesablanıb. Xüsusən də yeni tikilən binalarda 10 ballıq zəlzələnin gücü də nəzərə alınıb. Ev elanlarındakı məlum satış sıravi vətəndaşların deyil, işbazların istifadə etdiyi variantlardan biridir. Ona görə də vətəndaşlar arasında ajiotajın yaranmasına ehtiyac yoxdur. Vətəndaşlar öz evlərində rahat yaşaya bilərlər. Seysmik zonada yerləşsək də, Türkiyədəki kimi güclü zəlzələ 100 və ya 200 ildən bir baş verir. 2000-ci ildə Bakıda təxminən 6-6.5 ballıq zəlzələ baş vermişdi və heç bir ciddi fəsad yaranmamışdı. Düzdür, zəlzələnin nə vaxt baş verəcəyini heç kim öncədən bilmir. Lakin reallıq budur ki, insanları öldürən zəlzələ deyil. İnşaat işlərinin düzgün aparılmaması fəsadlara yol açır. Türkiyədə çökən binaların əksəriyyəti standartlara uyğun inşa olunmayıb. Azərbaycanda inşa edilən binalara nəzarət güclüdür. Ona görə də bizdəki binaları Türkiyədəki binalarla eyniləşdirmək olmaz. Birmənalı olaraq deyə bilərik ki, bizdəki binalar standartlara uyğun tikilir”.

Gülşən Şərif

www.yenicag.az

473
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv