!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşçi sayına qeyri-mütənasib olan MAAŞ KARTLARI: “Buna səbəb...” – İQTİSADÇI 

!Reklam – Yazi

Azərbaycanda əməkhaqqı kartlarının sayı işçilərin sayından xeyli çoxdur. 1,7 milyon muzdlu işçiyə 2,828 milyon ədəd əməkhaqqı kartı düşür. Başqa sözlə, hər 100 nəfər işləyənin 166 maaş kartı var.

Bəs buna səbəb nədir?

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında Əmək Məcəlləsində şəxsin birində tam ştat olmaqla bir neçə yerdə fəaliyyət göstərməsinin və buna uyğun olaraq da əməkhaqqı kartlarının verilməsinə icazə verildiyini bildirib:

“Azərbaycan Respublikasının Əmək Məcəlləsi şəxsin bir yerdə tam ştat olmaqla bir neçə yerdə də əvəzçilik üzrə, yəni yarımştat işləməsinə icazə verir. Yəni burada heç bir məhdudiyyət yoxdur. Məsələn, müəllimlərin əksəriyyəti birində tam ştatda olmaqla 2-3 universitetdə dərs deyirlər. Hər iş yerinə görə də onlara əməkhaqqı kartları verilir. Bu, həmçinin digər sahələrdə çalışanlara da aiddir. Əməkhaqqı kartlarının işçilərin sayından çox olması bu səbəbdəndir”.

Sadiq Cavadov

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv