!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşçilərin inflyasiya üsyanı: Yaxşı maaş və iş şəraiti tələbi genişlənir

!Reklam – Yazi

Bir çox ölkələrdə nəqliyyat və enerji kimi sənayelərdə çalışan işçilər inflyasiyaya cavab olaraq daha yaxşı maaş və iş şəraiti tələb etməyə başlayıblar.

Yenicag.az “Sozcu”yə istinadən bildirir ki, ABŞ-dəki dəmir yolu və liman işçilərindən Avstraliyadakı qaz yataqlarına, Perudakı yük maşını sürücülərindən Cənubi Koreyadakı tərsanə işçilərinə qədər, qlobal miqyasda bir çox işçi əmək haqqının artırılmasını tələb edir. Qlobal miqyasda bu tələbin yaranmasının ən böyük səbəbi yüksək inflyasiya dərəcələrinin maaşları sürətlə əritməsidir.

Araşdırmalara görə, işçi iğtişaşlarının daha çox müşahidə olunduğu sahə nəqliyyat sektoru ilə bağlıdır. Belə ki, ABŞ-də tədarük zəncirləri üzərində malların hərəkətini iflic edə biləcək bir dəmir yolu tətili ehtimal olunur. Ölkənin ən böyük dəmir yolları ilə 2 illik uğursuz danışıqlardan sonra ABŞ prezidenti Co Bayden bu ay 115 000 işçi ilə onların işəgötürənləri arasında mübahisəni həll etmək üçün şura yaratdı. Şura avqustun ortalarına qədər hər iki tərəf üçün məqbul olan müqavilə planı hazırlamalıdır.

Digər tərəfdən, Böyük Britaniyada qatar maşinistləri iyulun 30-da tətil edəcəklərini bildiriblər. Daha 2 nəqliyyat həmkarlar ittifaqı gələn həftə 24 saatlıq tətil etməyi planlaşdırır. Lakin bu tətillər təkcə sərnişinlərə təsir etməyəcək. Dünyanın bir nömrəli konteyner daşıma şirkəti “A.P. Moller-Maersk A/S” xəbərdar edir ki, bu hərəkətlər yüklərin hərəkətində əhəmiyyətli pozulmalara səbəb olacaq.

Gülşən Şərif

www.yenicag.az

320
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv