Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

İşdən çıxarılan Cabir Abdullayev: “Siyavuş Kərimidən bunu gözləməzdim”

Azərbaycan Milli Konservatoriyasında ixtisarlar başlayıb.

Üç nəfər xanəndə-pedaqoq işdən azad edilib. Onlar arasında Əməkdar artist Cabir Abdullayevin də adı var.

Cabir Abdullayev baş verənlərlə bağlı danışmaq istəmədi. Çox israr etdikdən sonra Yenicag.az-a müsahibə verib.

– Deyilənə görə,  Siyavuş Kərimi iclasda bildirib ki, tələbələr Mənsum İbrahimovla Təyyar Bayramovun sinfində təhsil almaq istəyir. Və sizi buna görə də işdən azad edib…

– Belə danışırlar, amma əslində məsələ başqa cürdür. Axı hələ tələbə bölgüsü olmayıb ki, onlar da məni istəməsinlər. Bu söhbəti eşitdim, amma inanmadım.

– Bəs iclasda öz fikrinizi demədiniz, daha doğrusu etiraz etmədinizmi?

– Siyavuş müəllim öz fikrini deyəndən sonra iclası tərk etdi. Mən də ayağa qalxıb, fikirlərimi söylədim. Etirazımı bildirdim. Çünki inanmıram hansısa tələbə məni istəməsin. Mən həmişə tələbələrimlə ovladlarım kimi davranmışam. Məncə, səbəb ixtisarla bağlıdır.

– Bəs niyə məhz siz?

– Məndən başqa iki müəllim də var.

 Başqa həmkarlarınız işini davam etdirir axı…

– Mən 10 ildir ki, orada müəllim kimi fəaliyyət göstərirəm. Sözün düzü, hələ də bu xəbərdən şokdayam.  Dostlar, tanışlar dayanmadan mənə zəng edir, narahatlığını bildirir. Çox sarsıntı keçirtdim.

– Siyavuş Kərimidən niyə sizi  işdən çıxartdığını soruşdunuzmu?

– Mən 10 ildir ki, orda dərs deyirəm, bir dəfə də olsun Siyavuş Kəriminin otağına ayaq basmamışam.

– Niyə?

– Çünki mən öz işimlə məşğulam.

– Aranızda narazılıq vardı?

– Qətiyyən. Siyavuş Kərimi sənətkardır. Mən ondan bunu heç gözləmirdim də.

– Yəni heç görüşüb bu məsələni müzakirə etməyəcəksiz?

– İndi bu xəbər mənə çox təsir edib, bir az səhhətimdə də problemlər var, ağrıyıram. Yəqin ki, onunla danışacam. Biz qardaşlar müəllim kimi fəaliyyət göstərmişik. Qardaşımı şəhid vermişik. Mən torpağını sevən bir insanam.

– Məhkəməyə müraciət edəcəksinizmi?

– Mən o səviyyənin adamı deyiləm, özümə hörmət edən insan olmuşam.

– Bəs işdən çıxarılmağınızla barışacaqsız?

– Yox. Yəqin ki, bir şey fikirləşərlər. Mən yenidən o təhsil ocağına qayıtmaq istəyirəm.

Cəvahir

www.yenicag.az

7286
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM