!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İşdən sonra domino oynayanlar ən faydalı adamlardır" - Yeni nazirdən səmimi müsahibə  

!Reklam – Yazi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin mzaladığı Sərəncam ilə Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

Yenicag.az Marja.az-a istinadən xəbər verir ki, təyinatadək Məcnun Məmmədov 52 milyon 560 min manat nizamnamə kapitalı olan “GRAND-AGRO” MMC-nin direktoru olub. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilərr pr 153-dür (Port Baku).

“Grand-Agro “MMC-nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun bağlarının salınmasını həyata keçirir.

Həmçinin Məcnun Məmmədov “Agro Food Investments” MMC (AFİ) şirkətinin rəhbəri olub. Bu şirkət Azərbaycanın ən böyük agrar və qida şirkətlər qrupundan biridir. AFİ bu sahədə fəaliyyət göstərən bir neçə şirkəti və onların istehsalat sahələrini, o cümlədən zeytun yağı istehsalı müəssisəsi, fındıq emalı müəssisəsi, badam emalı müəssisəsi, ting və calaqaltı istehsalı müəssisəsi, uçucu yağlar emalı müəssisəsi, açıq və qapalı şəraitdə gül yetiştiriciliyi və emalı və minlərlə hektar fındıq, badam, zeytun və qarışıq meyvə bağlarını idarə edir. Bunlarla yanaşı, qrup, dəyər zəncirinin bir neçə mərhələsində təmsil olunmaqla, logistika, saxlanc xidməti, quru və soyuducu kameralar, laboratoriyalar kimi tamamlayıcı biznes sahələrinə daxil olmuş və keyfiyyət və dayanıqlılığı təmin etməyi hədəfləmişdir.

Məcnun Məmmədov “PMD Group”, “Modern Group”, “AER” və “Deloitte” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.

M.Məmmədov 1983-cü ildə Bakıda anadan olub, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə Pakistanın Lahor Universitetində Biznesin idarə edilməsi üzrə magistr təhsili alıb, 2017-ci ildə ABŞ-da aqrobiznes üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olub.

Qeyd edək ki. təxminən 8 ay əvvəl (10 Avqust 2022) “10-a kimi” layihəsi çərçivəsində Məcnun Məmmədovdan müsahibə alınıb. Ona, “Məcnun 5 il sonra özünü harada görür?” sualı da verilmişdi. Məmmədov müsahibəsində “Məcnun işini daha çox sevir, əsasən də kənd təsərrüfatı və qidanı” demişdi.

Yeni nazir eyni zamanda “işdən sonra domino oynayanlar ən faydalı adamlardır” deyib.

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv