Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İşəgötürənlərə ŞAD XƏBƏR: Bəzi cərimələrdən azad olunacaqlar

Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələrin şərti olaraq tətbiq edilməsi nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan layihədə bununla bağlı təklif yer alıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, təklif qəbil edildiyi halda, işəgötürən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqəli yol verdiyi nöqsanları müəyyən edilmiş müddətdə aradan qaldırmaqla, bəzi cərimələri ödəməkdən azad olacaq.

Təklif mahiyyət etibarilə işəgötürənlərə müvafiq sahədə güzəştli yanaşmanın tətbiqinə, eyni zamanda, əmək qanunvericiliyində nəzərdə tutulan bu və ya digər tələbləri pozduqları halda bu pozuntuları dərhal aradan qaldırmalarını stimullaşdırmağa yönəlib.

Loading...

www.yenicag.az

243
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100