!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsfahan Erməni Yeparxiyasının rəhbəri 3 ölkəyə birdən "HÜCUM ETDİ"

!Reklam – Yazi

İsfahan Erməni Yeparxiyasının rəhbəri 3 ölkəyə birdən “hücum edib”. 

Yenicag.az xəbər verir ki, noyabrın 13-də İranın İsfahan şəhəri Erməni Apostol Kilsəsinin Yeparxiyası İsrailə qarşı mitinq keçirib. Mitinqdə Yeparxiyanın rəhbəri Sipan Keçican İsrailə, Amerikaya və Azərbaycana qarşı çıxış edib. Onun çıxışı Yeparxiyanın internet saytında dərc edilib.

Həmin çıxışdan bir hissəni təqdim edirik:

“Sionist rejimin Fələstinə qarşı davam edən cinayətlərinin nəticəsi və Fələstinin müqaviməti dünya güclərinin insan haqlarının müdafiəçisi olmaq iddialarını bir daha puça çıxardı…

Amerikanın başçılıq etdiyi Qərb dövlətləri bütün bunları görə-görə İsraili müdafiə etməyə davam edirlər. Erməni xalqı bu əməli sionist rejimin himayəsi altında və özlərini insan haqlarının müdafiəçisi hesab edən ölkələrin tam susqunluğu şəraitində  son aylarda yaşayıb. Ermənilər kütləvi şəkildə öz ata-baba yurdlarını zorla tərk etdi və ərazi işğalçılara təhvil verildi”.

P.S. Qeyd edək ki, bu ilin sentyabr ayında ermənilər Qarabağdan könüllü şəkildə köçüblər. Azərbaycan isə öz suverenliyini tam bərpa edib.

Xuraman Etibarlı

www.yenicag.az

173
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv