!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşğal altındakı 8 kənd üçün HƏMLƏ: “Ermənistan yenə vaxt uzatmağa çalışsa...”

!Reklam – Yazi

“Əks halda, digər seçimlər də daxil olmaqla, hərb variantı istisna edilmir”.

Bu fikirləri Azərbaycanın erməni işğalı altında qalan 8 kəndinin azad edilməsi istiqamətində atacağı mümkün addımları şərh edən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın gündəliyi hansısa ərazilərin hərbi yolla azad olunmasından ibarət deyil:

“Biz hələ də erməni işğalında qalan ərazilərin sülh yolu və delimitasiya prosesi çərçivəsində geri qaytarılmasında maraqlıyıq. Lakin bu Azərbaycanın uzun illər boyu yenə də Ermənistanın vaxt uzatmasını rahat şəkildə kənardan izləyəcəyi demək deyil.

Hər şeyin sağlam məntiqə əsaslanan müddət çərçivəsində həyata keçirilməsi vacibdir. Son zamanlar Ermənistanın delimitasiya prosesində iştirak etməsi İrəvanın Bakının sülhyönümlü niyyətindən xəbərdar olduğunun göstəricisidir. Yəni bu il ərzində həmin ərazilərin geri qaytarılmasını gözləyirik.

Əks halda, digər seçimlər də daxil olmaqla, hərb variantı istisna edilmir. Əgər Ermənistan əvvəlki kimi yenə də prosesləri uzatmaq niyyəti ilə birgə bəyanatda öz əksini tapmayan mövzuları gündəmə gətirəcəksə Azərbaycan işğal altındakı ərazilərini hərb yolu ilə azad edə bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv