Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“İşğalçı Ermənistanın bu təxribatı regional təhlükəsizliyə də ciddi təhdid yaradır” - Politoloq

Reklam: High Technic

“Ermənistanın sərhəd təxribatı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə cəlb olunmuş vasitəçi dövlətlərin fəaliyyətini sabotaj cəhdidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında işğalçı Ermənistanın məlum sərhəd təxribatının Qarabağ münaqişəsinin nizamlanması prosesinə təsirini şərh edən politoloq Yeganə Hacıyeva deyib.

Yeganə Hacıyevanın sözlərinə görə, işğalçı ölkənin vəziyyəti yenidən gərginləşdirmək cəhdi tək Azərbaycana deyil, həm də region dövlətlərinə qarşı ciddi təxribatdır:

“Məlum gərginliyin əsas səbəbi son zamanlar Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi, ölkəmizin diplomatik uğurları, Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsidir.

O cümlədən, Azərbaycanın sədrlik etdiyi Qoşulma Hərəkatının Avropa Birliyi ilə birgə Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat etməkdədir.

Ermənistanın sərhəd təxribatı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə cəlb olunmuş vasitəçi dövlətlərin və beynəlxalq təşkilatların fəaliyyətlərinin işğalçı ölkə tərəfindən növbəti dəfə sabotaj edilməsi deməkdir. Bu, Azərbaycan və bölgə ilə yanaşı, regional təhlükəsizliyə təhdid yaratmaq üçün hazırlanan zəmindir.

Rəsmi İrəvan son zamanlar Azərbaycanın xeyrinə gedən bu prosesdə münaqişənin dinc vasitələrlə həllinə mane olmaqla, bölgədə həyata keçirilən beynəlxalq layihələrin təhlükəsizliyini də təhdid edir.

Belə bir vəziyyətdə Azərbaycan siyasi hakimiyyətinin xalqdan aldığı sosial sifarişi dəyərləndirərək, Qarabağda genişmiqyaslı əməliyyatlara başlamaq üçün qəbul edəcəyi qərarın tam dəstəklənəcəyi qənaətindəyəm”.

Gülşən Şərif

www.yenicag.az

367