!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İşğalçılara qarşı əks-hücum əməliyyatlarının bir neçə istiqamətdə aparılması...” – Müdafiə nazirindən ANONS

!Reklam – Yazi

“Bizim ərazilərin torpaqları yazda sulu olduğu üçün yalnız tırtıllı texnikadan istifadə edilə bilər”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukraynanın müdafiə naziri Aleksey Reznikov ordunun gözlənilən əks-hücum kampaniyası haqda danışarkən deyib.

Müdafiə nazirinin sözlərinə görə, əks-hücum əməliyyatlarına başlamaq üçün müəyyən müddət gözləməyə ehtiyac var:

“Əks-hücum əməliyyatlarının bir neçə istiqamətdə həyata keçirilməsi planlaşdırılır. Kampaniyanın başlanğıc tarixini şəraitə uyğun olaraq Baş Qərargah müəyyənləşdirəcək.

Bu müddətin seçilməsi həm də hava şərtlərindən asılı olacaq. Bizim ərazilərin torpaqları yazda sulu olduğu üçün yalnız tırtıllı texnikadan istifadə edilə bilər. Fikrimcə, kampaniya yaya yaxın ərəfədə baş tutacaq. “Leopard” tanklarından istifadəyə isə Baş Qərargah qərar verəcək”.

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv