!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşğaldan azad edilən ərazilərdə ermənilərin basdırdıqları minaların növləri açıqlandı - SİYAHI

!Reklam – Yazi

İşğaldan azad edilən ərazilərdə ermənilərin basdırdıqları minaların növləri açıqlanıb.

Yenicag.az-ın xəbərinə görə, Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, aşkar olunan minalar arasında plastik minalara daha çox rast gəlinir.

“Əksəriyyətini düşmən tərəfinin istehsalı olan piyada əleyhinə minalar – PMN-G, həmçinin PMN-2, PMD-6, PMP minaları, tank əleyhinə minalardan isə əsasən TM-57, TM-62M, TM-62P, TM-62P2, TM-62P3 minaları üstünlük təşkil edir. Eyni zamanda, düşmənin əhali və orduya qarşı çox saylı tələ – minaları və Əldədüzəlmə Partlayıcı Qurğular (ƏPQ) da quraşdırması diqqətə çatdırılıb”, – o, vurğulayıb.

Qeyd edək ki, 2021-ci il ərzində ümumilikdə 20 771 ha ərazi minalardan təmizlənib, 52 386 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

www.yenicag.az

695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv