!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşğaldan azad edilən ərazilərdə TURİZMİN İNKİŞAFI: “Təhlükəsizliklə bağlı bəzi məsələlərin həll edilməsi...” – ŞƏRH

!Reklam – Yazi

“Bu ərazilər dağlıq relyefə malik olduğundan, orada əyləncə turizminin təşkili də kifayət qədər realdır”.

Bu fikirləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində turizmin inkişafına yönəlik mövcud potensialı və görülən işləri dəyərləndirən iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, mövcud çətinliklərə baxmayaraq, bu istiqamətdə artıq indidən əhəmiyyətli irəliləyişlər müşahidə olunur:

“Azərbaycan işğal altındakı ərazilərini azad etdikdən sonra ölkənin 2030-cu ilə qədər müəyyən etdiyi 5 əsas prioritetdən biri həmin ərazilərə Böyük Qayıdışdır.
Bu məqsəd üçün dövlət büdcəsindən müvafiq məbləğdə vəsait də ayrılıb. Konkret desək, işğaldan azad olunmuş ərazilərin bərpası məqsədilə dövlət büdcəsindən 2021-ci ildə 2 milyard, 2022-ci ldə isə 2,2 milyard manat xərclənib. 2023-cü ildə isə bu məbləğ 3 milyard manat həddində müəyyən edilib.

Eyni zamanda, 2021-22-ci illərdə büdcə dəyişiklikləri zamanı qeyd olunan məqsədlər üçün əlavə 1 milyad manat da sərf olunub. Bununla yanaşı, tək dövlət təşkilatlarının deyil, həm də özəl sektorun da bu sahəyə tədricən investisiya qoyuluşunun şahidi oluruq. Heydər Əliyev Fondu və digər böyük qurumların təşkilatçığı ilə Ağdam, Kəlbəcər, Zəngilan rayonlarında bu tipli investisiya layihələri həyata keçirilməkdədir.

Ümumiyyətlə, Şərqi Zəngəzur və Qarabağ əraziləri uzun müddət Azərbaycanın nəzarəti altında olmadığından, onların iqtisadiyyatına nəzər saldıqda, avtomatik olaraq Sovet dövrünün ixtisaslaşmasına şahid oluruq. Burada üç önəmli sahə diqqəti çəkir: mədənçilik, kənd təsərrüfatı və turizm.

Təbii ki, biz eynilə Sovet dönəmindəki kimi bir iqtisadi model qurmağı düşünmürük. O baxımdan, turizmin inkişaf etdirilməsi əsas prioritet istiqamətlərdən biridir. Bölgənin turizm potensialına baxdıqda, Şuşa, Laçın, Kəlbəcər, Xocavənd, Zəngilan, Qubadlı ərazilərində gəzinti və iqlim turizminin inkişafı üçün böyük potensialın olduğunu görürük. Bu ərazilər dağlıq relyefə malik olduğundan, orada əyləncə turizminin təşkili də kifayət qədər realdır.

Kəlbəcər (İstisu) və Zəngilanda (Qotursu) müalicə turizminin inkişafı üçün imkanlar mövcuddur. Bu üstünlük nəzərə alınıb və həmin ərazilərdə turizm komplekslərinin tikilməsi planlaşdırılır. Kənd turizminin vüsət alması üçün isə təhlükəsizliklə bağlı bəzi məsələlər – mina riski, hərəkət məhdudiyyəti, separatçı qüvvələrin mövcudluğu, əhalinin yenidən qayıdışı və sair – həllini tapmalıdır.

Bundan sonra o bölgələrdə turizmin inkişafına yönəlik geniş investisiya yatırıla bilər. Mövcud çətinliklərə baxmayaraq, bu istiqamətdə artıq indidən əhəmiyyətli irəliləyişlər var və yaxın gələcəkdə yeni turizm obyektlərinin istifadəyə verilməsi baş tutacaq. Təbii ki, bütün bunlar Azərbaycanın ümumi turizm potensialına müsbət təsir edərək sektorun böyüməsinə təkan verəcək”.

Yusif Səmədzadə

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv